Bakının Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın zamanı 7 sakinə yerində tibbi yardım göstərilib.
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Hadisə yerində olan iki təcili tibbi yardım briqadası həmin şəxslərə dərhal tibbi yardım göstərib.
Onlardan 3 nəfər kişi, 3 nəfəri qadın, 1 nəfəri isə uşaqdır.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb. Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.