Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının fövqəladə sammiti keçirilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sammitdə Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə "Brexit" planının reallaşdırılması üçün yeni möhlətin verilməsi müzakirə ediləcək.
Gözlənilir ki, Aİ-nin 27 ölkəsi iyunun 30-na qədər möhlət istəyən baş nazir Tereza Meyi dinləyəcək. Bundan sonra T.Mey sammiti tərk edəcək və 27 ölkə "Brexit"in reallaşdırılması üçün möhlət verilməsi barədə qərar qəbul edəcək.