Prezident İlham Əliyev Vahid Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Vahid Əliyev Azərbaycan prezidentinin hərbi məsələlər üzrə keçmiş köməkçisidir.