Modern.az

İsmayıllıda fəhlə uçan divarın altında qalıb öldü

İsmayıllıda fəhlə uçan divarın altında qalıb öldü

22 Aprel 2019, 21:57

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Modern.az  ONA-ya istinadən xəbər verir ki, rayonun Qoşakənd kənd sakini, 1987-ci il təvəllüdlü Nurməmmədov Elnur Səməd oğlu ”Ziyalılar evi” adlanan köhnə binanın söküntüsü zamanı divarın uçması nəticəsində beton plitənin altında qalıb.

Söküntü yerində fəhlə işləyən E.Nurməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı