Modern.az

Bakının bu ərazilərini su basıb - FHN hərəkətə keçdi

Bakının bu ərazilərini su basıb - FHN hərəkətə keçdi

Hadisə

8 May 2024, 12:24

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Bakı şəhəri, Binəqədi rayonunun Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində və Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində, həmçinin Naxçıvan şəhər 20-ci məhəllə ərazisində bir sıra fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirlib.

 

Məlumata görə, bununla əlaqədar ərazilərə FHN-in müvafiq olaraq Dövlət Yanğından Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi