Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində yanan quru ot və kol-kos söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.