Modern.az

Tanınmış xanəndə vəfat etdi

Tanınmış xanəndə vəfat etdi

Aktual

10 Sentyabr 2019, 21:56

Tanınmış xanəndə Həbib Rəhimov dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə  şair Vüqar Əhməd öz feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə,  Həbib Rəhimov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib: "Həbib müəllim bir ildən çox idi ki, ağır xərçəng xəstəsi idi. Özü heç xəstəliyini bilmirdi. Evdəkilər bunu ondan gizli saxlamışdılar. Zəng vurdum ki, vəziyyətini, səhhətinin necə olduğunu öyrənim, yaxınları onun bu gün rəhmətə getdiyi bildirdilər. O, özü Masallının Bədəlan kəndindəndir. Sabah doğulub, boya-başa çatdığı kənddə torpağa tapşırılacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?