Modern.az

Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı

Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı

Aktual

18 Sentyabr 2019, 21:48

Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi  Ceyhun Səfərovun Modern.az-a verdiyi məlumata görə, qəzada minik avtomabili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təziqli qaz kəmərinə çırpılıb.

Qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində mindən çox abonentin qaz təminatı dayandırılıb.  Səhər saatlarında qazın verilişi üçün bərpa işləri aparılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Zelenskini Sui-qəst hazırlayan 2 ukraynalı polkovnik saxlandı