Modern.az

İran tankerinə hücumdan sonra neftin qiyməti artdı

İran tankerinə hücumdan sonra neftin qiyməti artdı

Aktual

11 Oktyabr 2019, 23:07

Qırmızı dənizdə İran tankerinə hücumdan sonra neft qiymətləri artıb.

Modern.az-ın  "Trend"ə istinadən  məlumatına görə, dünya bazarlarında neft qiymətləri 2 faiz yüksəlib.

Belə ki, "Brent" markalı neftin qiyməti 2,3 faiz artaraq 60 dollar/barel, "Light" markalı neftin qiyməti isə 2,1 faiz artaraq 54,7 dollar/barel təşkil edib.

Qeyd edək ki, İrana məxsus tanker Qırmızı dənizdə hücuma məruz qalıb. Hücumdan sonra gəminin göyərtəsində yanğın başlayıb və neft dənizə axıb. Hücumun təfərrüatları barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir