Modern.az

"COP29-a doğru" dəyirmi masada müzakirələr

COP29

28 Aprel 2024, 21:15

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İsDB) illik toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada müzakirələr aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X”dəki səhifəsində yazıb.

 

“İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:

 

- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;

 

- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;

 

- Bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması”, - nazir qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var