Modern.az

Daha bir ölkədə koronavirus aşkarlandı

Daha bir ölkədə koronavirus aşkarlandı

Aktual

24 Fevral 2020, 23:50

Omanda ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

Modern.az  “RİA Novosti”yə xəbər verir ki, bu barədə sultanlığın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, İrandan gələn 2 nəfər Oman vətəndaşında koronavirus aşkarlanıb. Karantinə götürülən xəstələrin vəziyyəti stabildir.



Qeyd edək ki, Bəhreyn, Küveyt, İraq və Əfqanıstanda da koronavirusa ilk yoluxma halları qeydə alınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır