Modern.az

Qaraçay-Çərkəzdə polislərə hücum - Ölənlər və yaralananlar var

Qaraçay-Çərkəzdə polislərə hücum - Ölənlər və yaralananlar var

Dünya

29 Aprel 2024, 11:22

RF Qaraçay-Çərkəz Respublikasında naməlum şəxslər yol polisi əməkdaşlarına hücum ediblər.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polislərə partlayıcı atılıb və avtomat silahlardan atəş açılıb.

 

Nəticədə 2 polis əməkdaşı həlak olub, 4 asayiş keşikçisi yaralanıb. Daxili İşlər Nazirliyinin regional idarəsindən verilən məlumata görə, hücum edənlərdən 5-i cavab atəşi ilə öldürülüb.

 

Ölən polislərin Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə ezam olunmuş əməkdaşları olduğu bildirilir. 2 yerli yol polisi əməkdaşı, Rusiya Qvardiyasının bir əməkdaşı və Kurqan vilayətinin daha bir polisi yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək