Modern.az

TƏBİB-dən Respublika Xəstəxanasında bəzi şöbələrin bağlanmasına REAKSİYA

TƏBİB-dən Respublika Xəstəxanasında bəzi şöbələrin bağlanmasına REAKSİYA

Aktual

18 May 2020, 18:08

“Hazırda həkim qruplarımız bütün xəstəxanalarda baxış keçirir ”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. 

 

Y. Qarayeva deyib ki, bu baxışlarla bağlı hansısa xəstəxanada dezinfeksiya işinin aparılması, hansısa şöbənin boşaldılması normaldır: “Respublika Klinik Xəstəxanasına müxtəlif rayonlardan xəstələr daxil olur. Bunun üçün xəstəxanada hansısa şöbələr müvəqqəti bağlanmalı, dezinfeksiya işləri mərhələ-mərhələ aparılmalıdır”.

 

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu günə qədər xüsusi pandemiya xəstəxanalarında yoluxma olmayıb, adi rejimdə işini davam etdirən xəstəxanalarda olub: “Respublika Klinik Xəstəxanasında adi profilaktik tədbirlər aparılır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!