Modern.az

Prokurorluq Göyçaydakı qətllə bağlı məlumat yaydı

Prokurorluq Göyçaydakı qətllə bağlı məlumat yaydı

Aktual

30 Aprel 2024, 00:29

Aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Göyçay rayon prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır.

 

Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi