Modern.az

Rusiya Odessanı bombaladı - 4 ölü, 28 yaralı

Rusiya Odessanı bombaladı - 4 ölü, 28 yaralı

Dünya

29 Aprel 2024, 22:49

Rusiya ordusu Ukraynanın Odessa şəhərini atəşə tutub.

 

Modern.az xəbər verir ki, zərbələr nəticəsində ölü və yaralılar olub.

 

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, 4 nəfər ölüb, 28 nəfər yaralanıb.

 

“Üç qadın və bir kişi həlak olub. Yenilənmiş məlumata görə, 28 nəfər xəsarət alıb. Onların arasında iki uşaq (16 və 5 yaş) və bir hamilə qadın da var. Yaralılardan 4-nün vəziyyəti ağırdır, həkimlər hazırda həyatları üçün mübarizə aparırlar”, - o, teleqramında yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna dağıdıcı raketlərini işə saldı-Rusiya silkələnir