Modern.az-ın məlumatına görə, məşhur meyxanaçı Zaur Aşiq dünən axşam saatlarında 31 yaşında qəflətən dünyasını dəyişib. Son zamanlar meyxanaları dillər əzbəri olan Z.Aşiqin səhhətində problem olmasa da onun ürək çatışmamazlığından Lənkəranda toy məclisində öldüyü bildirilir.
Qeydb edək ki, gənc meyxanaçı Zaur Aşiq 1981-ci ildə Lənkəranda anadan olub. Son zamanlar “Qəşəng-qəşəng”, “Avtoxuliqan”, “Преступный мир (Cinayət aləmi)” və sair musiqili meyxanaları ilə meyxanasevərlər arasında xeyli populyarlıq qazana bilib.
Modern.az