Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır

Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır

4 İyul 2020, 11:32

Ermənistanda koronavirusa yoluxanların sayı 27 900 nəfərə çatıb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, son sutka ərzində 580 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

 

Bugünədək Ermənistanda 477 nəfər koronavirusdan ölüb, 11 488 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı