Modern.az

Günəş küləyinin maksimal sürəti 578 km/san olub

Günəş küləyinin maksimal sürəti 578 km/san olub

29 Aprel 2024, 14:44

Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma M3.5 olub.

 

Bu barədə Modern.az-a Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

 

Hesabat dövrü ərzində Tac Kütlə Atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 8 ləkə qrupunda 126 ləkə və Tac dəlikləri qeyd edilir. Enerjisi 2 MeV-dən çox olan elektron seli 25 apreldə 1670 pfu-dək yüksəlmişdir, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

 

Qeyd edilib ki, hesabat dövründə Günəş küləyinin maksimal sürəti 633 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -9 nT olub. Hazırda Günəş küləyinin sürəti 460 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.27 nT, radial istiqamətdə isə -1.6 nT təşkil edir.

 

Hesabat dövrü ərzində 26 apreldə geomaqnit sahəsinin fəallığı G1 səviyyəsinə yüksəlmişdir. Hazırda Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir.

 

Proqnoz günlərində (29 aprel - 05 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.

 

Günəş küləyinin TKA və Yüksək Sürətli Tac Dəliyi Zərrəciklərinin təsiri ilə sürətlənəcəyi gözlənilir.

 

Geomaqnit sahəsi – TKA və Yüksək Sürətli Tac Dəliyi Zərrəciklərinin təsirı ilə geomaqnit sahəsinin qeyri-stabil olacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək