Modern.az

Sabiq prorektorun oğlu hakim qarşısında

Sabiq prorektorun oğlu hakim qarşısında

Aktual

14 İyul 2020, 09:42

Dələduzluqda təqsirli bilinən "Mars-M” firmasının rəhbəri Bəşirov Mərhəmət Bəşir oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Modern.az-ın məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

 

Qeyd edək ki, Mərhəmət Bəşirovun rəhbəri olduğu firma Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olub. Atası Bəşir Bəşirov Texniki Universitetinin prorektoru vəzifəsində işləyib.

 

M. Bəşirova bundan əvvəldə qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə maddəsi üzrə cinayət işi başlanmışdı. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Zelenskini Sui-qəst hazırlayan 2 ukraynalı polkovnik saxlandı