Modern.az

159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb

159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb

Aktual

16 İyul 2020, 21:18

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 16-da axşam saatlarında Daşkənddən 159  Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə  yetirib.  Bu barədə Modern.az-a AZAL-dan məlumat verilib.


Bildirilib ki, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.

 

Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀


Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü