Modern.az

Ali Attestasiya Komissiyasında yeni TƏYİNATLAR

Ali Attestasiya Komissiyasında yeni TƏYİNATLAR

Aktual

16 Sentyabr 2020, 15:34

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) yeni kadr dəyişiklikləri olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı AAK sədri Famil Mustafayev müvafiq əmrlər imzalayıb.

 

Əmrə əsasən, Asif Rüstəmli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinin müdiri vəzifəsindən azad edilib. O, daha yüksək vəzifəyə - AAK-nin Akkreditasiya şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

 

AAK sədrinin daha bir əmri ilə Mübariz Məmmədli Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinə müdir təyin olunub. O, bu təyinata qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.(Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir