Modern.az

Türkiyədə 1031 terrorçu zərərsizləşdirilib

Türkiyədə 1031 terrorçu zərərsizləşdirilib

14 Noyabr 2020, 11:41

Türkiyə ordusu 2020-ci il ərzində 1031 terrorçunu zərərsizləşdirib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, həyata keçirilən əməliyyatlarda, 981-i son bir ayda olmaqla, 2020-ci il ərzində ümumilikdə, 1031 terrorçu zərərsizləşdirilib.

 

Açıqlamada Rusiya Federasiyası nümayəndə heyəti və Türk-Rusiya Birgə Müşahidə Mərkəzinin görüşlərinin bu gün də davam etdiriləcəyi də bildirilib:

"Liviyada siyasi həll yolu ilə aparılan danışıqlar yaxından izlənilir. Nazir Akar bu gün Liviya Müdafiə naziri ilə görüşəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı