Modern.az

Azərbaycanda iki yeni sitrus meyvənin kütləvi yetişdirilməsinə başlanıldı

Azərbaycanda iki yeni sitrus meyvənin kütləvi yetişdirilməsinə başlanıldı

Aktual

25 Noyabr 2020, 16:20

Azərbaycanda yeni növ sitrus bitkilərinin yetişdirilməsinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat yayıb.

 

Nazirlikdən bildirib ki, hazırda ölkədə fermerlər iki yeni sitrus meyvəsi yetişdirir:

 

"Bunlar hollobonq və kinkan meyvə növləridir. Bu növlər Azərbaycana yeni gətirilib və yetişdirilməsinə başlanılıb. Həmin sitrus meyvələri sahibkarlar tərəfindən yetişdirilir. Artıq kinkan bitkisinin yetişdirilməsi Lənkəran şəhəri və Astara rayonlarında kütləviləşmək üzrədir. kinkan Koreyadan gətirilərək əkilib".

 

Şöbə müdiri bildirib ki, yeni sitrus bitkilərinin kütləviləşdirilməsi üçün tədbirlər görülür:

 

"Bunun üçün hazırda dövlət fermerlərə müxtəlif subsidiya mexanizmi ilə yeni bağların salınmasında dəstək verir. Bunlara suvarma, gübrə və yeni salınmış bağın hər ilinə görə nəzərdə tutulan subsidiyları misal göstərmək olar. Həmçinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu cənub bölgəsində bununla bağlı elmi araşdırmalar həyata keçirməkdədir ki, bu da fermerlərin işini asanlaşdırır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü