Modern.az

Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev

Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev

Aktual

21 Yanvar 2021, 15:53

2020-ci ildə qeydə alınmış cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri-hərbi cinayətlər isə 18,6% azalıb.

Modern.az-ın məlumatına görə, bunu kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

 

X.Vəliyev qeyd edib ki, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%; hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8%; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %; xuliqanlıq cinayətləri 83,3 %; mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.

 


X.Vəliyevin sözlərinə görə, 2020-ci ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib, dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!