Modern.az

ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı

ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı

6 May 2021, 18:47

ATƏT-in hazırkı sədri Ann Linde Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə A.Linde öz "Twitter" səhifəsində yazıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq, Azərbaycan bir neçə gün əvvəl Qarabağ müharibəsindən sonra saxlanılan təxribatçı erməni hərbçilərdən üçünü azad edib.

 

Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan Yerevana yola salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!