Modern.az

Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub

Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub

Aktual

17 İyun 2021, 17:24

Azərbaycanda son sutkada 38556 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 25546 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 13010 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2877878 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1885031 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 992847 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!