Modern.az

Füzulidə xeyli sayda silah-sursat aşkar edildi

Füzulidə xeyli sayda silah-sursat aşkar edildi

Aktual

23 İyul 2021, 18:23

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı iyul ayı ərzində rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 7 ədəd avtomat, 1 ədəd pulemyot, 1 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 30 ədəd müxtəlif növ mərmi və 4850 ədəd ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Bu əməliyyatda Minatəmizləmə Agentliyinin əməkdaşları da yaxından iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub