Modern.az

Daha 34 müəssisə Rusiyaya pomidor satacaq

Daha 34 müəssisə Rusiyaya pomidor satacaq

Aktual

30 İyul 2021, 20:30

Azərbaycanın daha 34 müəssisəsinə Rusiyaya pomidor tədarükünə icazə verilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

 

Bildirilib ki, avqustun 3-dən etibarən qüvvəyə minəcək müvafiq icazə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verilib.

Bununla da, Rusiyaya pomidor tədarükünə icazə verilən Azərbaycan müəssisələrinin sayı 187-yə çatıb.

 

Qeyd edək ki, “Rosselxoznadzor” hələ ötən ilin dekabr ayında ölkəmizdən alma və pomidor idxalına məhdudiyyətlər tətbiq edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir