Modern.az

Toyda 16 nəfəri ildırım vurub öldürdü

Toyda 16 nəfəri ildırım vurub öldürdü

Aktual

5 Avqust 2021, 01:00

Banqladeşdə toy mərasiminin 16 iştirakçısını ildırım vurub.

 

Modern.az-ın məlumatına görə, bu barədə polisə istinadən yerli “Daily Bangladesh” nəşri bildirib.

 

Məlumata görə, hadisə ölkənin şimalında Şibqanc dairəsində, mərasimin qonaqları Padma çayında qayıqda üzən zaman baş verib.

 

Polis bildirib ki, hadisə zamanı azı 6 nəfər xəsarət alıb. Onlar yerli xəstəxanalara çatdırılıblar.

 

Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı