Modern.az

Samux sakini yıxılaraq öldü

Samux sakini yıxılaraq öldü

Aktual

19 Sentyabr 2021, 13:15

Samuxda bədbəxt hadisə baş verib.

 

Modern.az-ın xəbərinə görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

 

1964-cü il təvəllüdlü Rəhimov Ədil həyəti suvarmaq üçün su açan zaman yıxılıb. Xəstəxanaya aparılan 57 yaşlı kişinin öldüyü məlum olub.

 

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

 

İlkin məlumata görə, mərhum ürək tutmasında dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov