Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kənd sakini, 15 yaşlı Allahverdiyeva Rəsmiyyə Dərgah qızı Baş Mil Kanalının Mahmudlu-2 kəndi ərazisindən keçən hissəsində ehtiyatsızlıqdan kanala yıxılıb.
Modern.az-ın məlumatına görə, hadisə ötən gün baş verib.
Füzuli beynəlxalq hava limanında operator (kran sürücüsü) işləyən, 1994-cü il təvəllüdlü Qəbələ rayon sakini Seyidov Anar Əhliman oğlu fədakarlıq göstərərək, kanalda boğulmaqda olan qızın həyatını xilas edib.
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Anar Seyidovu qəbul edərək, ona göstərdiyi fədakarlığa görə öz təşəkkürünü bildirib.