Modern.az

Quşlar Azərbaycana gəlir

Quşlar Azərbaycana gəlir

14 Dekabr 2012, 10:09

“Dekabrın sonundan başlayaraq, yanvar və fevral ayı da daxil olmaqla, quşların ən böyük intensiv köçü gedir”. Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Ornitoloji Cəmiyyətinin (AOC) əməkdaşı Sevinc Saruxanova deyib. Onun sözlərinə görə, hazırda hava tam soyumadığı üçün köç o qədər tam aktiv deyil.
“Amma quşların qış köçü prosesi başlayıb. Dekabrın sonunda havalar daha da soyuduqca, onda köç daha da intensivləşəcək”.

  S.Saruxanova bildirib ki, artıq su-bataqlıq quşlarının Azərbaycana gəldiyini bildirib. “Onların sayına baxsaq, artıq görərik ki, dənizdə, müxtəlif göllərdə ördəklərə, qazlara, cüllütləri müşahidə etmək olar”. 

AOC-nin əməkdaşı bildirib ki, qışda Azərbaycana qışlamağa gələn quşlarla bağlı monitorinq hələ başlamayıb. Bu da qış fəsli olmağına baxmayaraq havaların hələ də mülayim keçməsi ilə bağlıdır. “Bir-iki həftəyə bütün Azərbaycan ərazisində monitorinqlərə başlanılacaq. Köç zamanı Azərbaycana nadir quşlar da gəlir. Göy dimdik adlı quş dünya üzrə təhlükədə olan quş növüdür, qış ayında onu artıq Azərbaycanda rast gəlmək olar. Bundan əlavə qutanlar, flaminqolar kimi Qırmızı Kitaba düşən quşlar da qışlamağa Azərbaycana gəlirlər”. 

Aytən Əliyeva  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!