Binəqədi və Nəsimi rayonlarında sakinlərin qaz şikayətləri ilə bağlı etdiyi müraciəti Modern.az-a işıqlandırdıqdan sonra rayon sakinlərinin problemləri öz həllini tapıb.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayevin dediyinə görə, artıq Nəsimi rayonu Novruzov qardaşları ərazisində sakinlərin qaz problemi aradan qaldırılıb.
Birlik rəsmisi onu da bildirdi ki, Binəqədi şosesi deyilən ərazi iki rayonun – Binəqədi və Abşeron rayonu ərazisinə düşdüyündən, həmin ərazilərdə qaz xətlərindəki rejimlərlə bağlı tənzimləmə işləri aparıldığından orada mavi yanacağın verilməsində fasilələr yaranıb. Amma həmin ərazidə də qaz problemi yaxın vaxtlarda aradan qaldırılacaq:
“Rejimlərin tənzimləməsi ilə bağlı Binəqədi və Abşeron rayonlarında xətlərdə tənzimləmə işləri aparılır. Odur ki, yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq”. Qeyd edək ki, dünən səhər saatlarında
Modern.az-da Bakının Binəqədi rayonu Binəqədi şosesi deyilən ərazidə, Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı yaşayış massivində və Nəsimi rayonu Novruzov qardaşları ərazisində yaşayan sakinlərin mavi yanacaq probleminin olması barədə məlumat getmişdi.
Gültəkin Ələsgər