Modern.az

Gürcüstanda "Omicron"a yoluxma 600-ə çatıb

Gürcüstanda

Aktual

7 Yanvar 2022, 11:25

Gürcüstanda 24 saat ərzində koronavirusa (COVID-19) 4 234 yoluxma halı qeydə alınıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yoluxanlardan 46 nəfər dünyasını dəyişib.

 

Qeyd edək ki, qonşu ölkədə “Omicron” ştammına yoluxma 600-ə çatıb.  

 

Xatırladaq ki, qonşu ölkədə COVID-19-un yeni variantına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb. Ümumilikdə, Gürcüstanda koronavirusa yoluxma 953 410, ölənlərin sayı isə 14 128 nəfərə yüksəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik