Modern.az

Rusiya ordusu yalnız Azərbaycanla sərhəddən çıxarılacaq - RƏSMİ

Rusiya ordusu yalnız Azərbaycanla sərhəddən çıxarılacaq - RƏSMİ

Dünya

9 May 2024, 15:07

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya qoşunlarının bir sıra regionlardan çıxarılması ilə bağlı razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

 

Onun sözlərinə görə, İrəvan Moskvadan İran və Türkiyə ilə sərhəddə sərhədçiləri saxlamağı xahiş edib. Peskov qeyd edib ki, görüşdə “əsasən ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası müzakirə edilib”.

 

“2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə hərbçilərimiz və sərhədçilərimiz Ermənistanın bir sıra rayonlarında yerləşdirilib. Paşinyan deyib ki, bu gün dəyişmiş şərtlərə görə artıq belə bir ehtiyac yoxdur, ona görə də prezident Putin razılaşdı və hərbçilərimizin və sərhədçilərimizin çıxarılması barədə razılıq əldə olunub”, - deyə Peskov “İnterfaks”a bildirib .

 

Kreml nümayəndəsi qeyd edib ki, Ermənistan tərəfinin tələbi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar.

 

Qeyd edək ki, Putinlə Paşinyan arasında görüş mayın 8-də axşam saatlarında Kremlin Müqəddəs Endryu zalında baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi