Modern.az

“Biz bu məsələni müzakirə etməyəcəyik” - Lavrov

“Biz bu məsələni müzakirə etməyəcəyik” - Lavrov

13 Yanvar 2022, 17:02

“Moskva Rusiya qoşunlarının öz ərazisindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyil".

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

Onun sözlərinə görə, onlar artıq qoşunların Ukryana sərhədlərindən çəkilməsini deməklə kifayətlənmir, qoşunun kazarmaya qayıtmasını istəyirlər:

 

"ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman mətbuat konfransında məhz bunu açıq-aşkar bildirib. Fikrimcə, bu qətiyyən qəbuledilməzdir. Biz bu məsələni hətta müzakirə belə etməyəcəyik”

 

Xatırladaq ki, yanvarın 10-da ABŞ-Rusiya, yanvarın 12-də isə NATO-Rusiya Şurasının toplantısı keçirilib. Görüşlərdə Ukrayna ətrafında yaranan vəziyyət müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti