Modern.az

“Yolu qardan təmizlədim ki…” Videosu trend olan direktor

“Yolu qardan təmizlədim ki…” – Videosu trend olan direktor

18 Yanvar 2022, 15:18

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində qalın qar örtüyünü təmizləyərək, dərsə getmək üçün şagirdlərə yol açan məktəb direktorunun videosu sosial şəbəkələrdə trendə çevrilib.

 

Dəniz səviyyəsindən 2 min metr yüksəkdə yerləşən kəndin orta məktəbinin direktoru Mehman Həsənov qarlı havada məktəb yolunu təmizləyərək şagirdlər üçün cığır açıb. Direktorun sosial şəbəkələrdə yayılmış videogörüntüləri izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Modern.az saytının əməkdaşı Mehman Həsənovla əlaqə saxlayaraq, sözügedən görüntülərlə bağlı ondan münasibət öyrənib.

 

O bildirib ki, müəllimin birinci vəzifəsi şagirdlərə yol göstərməkdir:

 

“Müəllimlər tək təhsil vermək üçün yox, eyni zamanda şagirdlərə yardım etmək üçün də çalışmalıdır. Mən hər zaman şagirdlərin gələcəyi, yaxşı oxumağı, təhsilinin əlçatan olması üçün çalışmışam.

 

Bu gün də fövqəladə vəziyyət olduğu, qardan hərəkət məhdudlaşdığı üçün şagirdlərə yardım etdim, onlar üçün yolu qardan təmizlədim ki, dərsə gələ bilsinlər. Bu hər bir məktəb əməkdaşının borcudur. Biz şagirdlərə yol açıb, qayğısına qalmalıyıq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti