Modern.az

Baş infeksionistdən bədbin proqnoz - "Artım davam edəcək"

Baş infeksionistdən bədbin proqnoz -

Aktual

26 Yanvar 2022, 15:36

“Buster dozanın qəbulu pandemiya dövrünün tələbidir".

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

Onun sözlərinə görə, iki doza vurduran şəxslərin təxminən üçdə bir hissəsi artıq buster dozanı vurdurub:

 

“İki doza alanlar immunitet zəiflədiyindən həssas olurlar. Həmin şəxsləri də qapalı məkanlara buraxmaqla infeksiyanı daha sürətlə yayılmasına şərait yaratmış olarıq. Ona görə də müəyyən məhdudiyyətlərin tətbiqi doğru addımdır”.

 

T.Eyvazov bildirib ki, bu gün ölkədə heç bir halda “vaksin yoxdur” kəlməsi işlədilmir:

 

“İstənilən şəxs istədiyi vaxt sağlamlığı imkan verdikcə müraciət edir və peyvənd olunur. “Omikron” dalğası dövründə buster dozanın əhəmiyyəti böyükdür. Artım tendensiyası davam edəcək. Bu virusun geniş yayılmasının qarşısını almaq və xəstəxana yatışının az olması üçün üçüncü doza qətiyyətlə tövsiyə edilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var