Modern.az

Deputat Ruandaya səfər edəcək

Deputat Ruandaya səfər edəcək

10 Oktyabr 2022, 10:10

Milli Məclisin deputatı Ramin Məmmədov Parlamentlərarası İttifaqın 145-ci Assambleyasında iştirak etmək üçün oktyabrın 10-da Ruanda Respublikasının paytaxtı Kiqali şəhərinə səfər edəcək.

 

Bununla bağlı Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qeyd edilib ki, Assambleya çərçivəsində keçiriləcək tədbirlərdə gender bərabərliyi, onun parlament aspektləri və bu sahədə parlament fəaliyyətləri, həmçinin miqrasiya dərəcəsi yüksək olan ölkələrin yerli və regional inkişafında, insan alveri və insan hüquqları pozuntusuna qarşı mübarizədə parlamentlərin rolu kimi mövzularda müzakirələr aparılacaq.

 

Assambleyanın sonunda müzakirə olunacaq məsələlərlə bağlı yekun sənədin qəbul edilməsi gözlənilir.

 

Səfər oktyabrın 15-də başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi