Modern.az

Komitə iclasları Ağdamda keçirilsin - TƏKLİF

Komitə iclasları Ağdamda keçirilsin - TƏKLİF

Aktual

18 Oktyabr 2022, 11:45

Milli Məclisin komitə iclaslarının Ağdamda keçirilməsi təklif edilib. 

 

Modern.az xəbər verir ki, bununla bağlı bu gün keçirilən plenar iclasda deputat Aqil Abbas fikir səsləndirib.  

 

"Ağdam yenidən qurulur, ölkə başçısı orada bir çox binaların təməlini qoyub. Böyük bir konfrans keçirildi. Təklif edirəm ki, bu il Milli Məclisin komitə iclasları Ağdamda keçirilsin. Bu insanların səfərlərinin artmasına, həyatın canlanmasına da səbəb olar", - deyə deputat bildirib.  

 

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, Ağdamın hər bir köşəsində komitə iclasları keçiriləcək:

 

"Bəli, Qarabağın da, Ağdamın da hər bir köşəsində iclasları keçirəcəyik". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları