Modern.az

Zəlzələ qəzalı vəziyyətə saldı - Yüzlərlə bina söküləcək 

Zəlzələ qəzalı vəziyyətə saldı - Yüzlərlə bina söküləcək 

27 Noyabr 2022, 09:10

"Sonuncu zəlzələdən sonra Düzcedə 43 bina qəzalı vəziyyətə düşüb".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

 

O bildirib ki, 263 bina ağır qəzalı vəziyyətdədir və həmin binalarda yaşamaq olduqca təhlükəlidir:

 

"Əvvəlki yeraltı təkanlarda da 25 bina zədələnmişdi. Ümumilikdə axırıncı zəlzələlərdən sonra 465 bina qəzalı durumdadır. Onların hamısı söküləcək". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi