Modern.az

Erməni dərdi çəkən Zaxarova, Bakıya gələn O'Brayn... - Modern.az-ın icmalı

Erməni dərdi çəkən Zaxarova, Bakıya gələn O'Brayn... - Modern.az-ın icmalı

Aktual

7 Dekabr 2023, 10:44

Dünənin ən önəmli hadisələri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Azərbaycana səfəri, “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlı Forumun keçirilməsi, metronun "Xətai" stansiyasında yaranan gecikmə, Ermənistanda əsirlikdə olan Azərbaycan əsgərinin həbs müddətinin ömürlüyə qədər artırılması, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ermənistan baş naziri Nikol Paşinyana Rusiya siyasəti ilə bağlı verdiyi publik məsləhət, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın regionla bağlı səsləndirdiyi fikirlərlə yadda qalan brifinqi idi.

 

Modern.az 6 dekabr tarixini əhatə edən icmalını təqdim edir:

 

Neftçalada şəhid atası vəfat edib. Şəhid Elşən Xankişiyevin atası Elşad Xankişiyev dünyasını dəyişib.

 

Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Prezidentin çıxışının tam mətni ilə buradan tanış olmaq mümkündür.

 

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və XİN başçısı Ceyhun Bayramovla müzakirələr aparıb.

 

Bakı Metropolitenin "Şah İsmayıl Xətai" stansiyasında saat 08:47-də gələn qatar sərnişinləri düşürdükdən sonra minik qəbul etməyib. Qatar xətdən kənarlaşdırılıb və buna görə də digər sərnişinlər bir müddət gözləməli olub. Səbəbini öyrənmişik.

 

Ermənistanın 2024-cü il üzrə dövlət büdcəsi layihəsinə əsasən, Müdafiə Nazirliyinin xərcləri üçün 554 milyard dram nəzərdə tutulub. Bunu ölkənin maliyyə naziri Vahe Hovhannisyan Ermənistan parlamentində 2024-cü il dövlət büdcəsinin müzakirəsindəki çıxışında deyib. “Bəli, 2024-cü ildə Müdafiə Nazirliyinin xərcləri 554 milyard dram təşkil edir. Bu rəqəm 2023-cü ilin dövlət büdcəsi ilə müəyyən edilmiş müdafiə sektoruna yönəldilən xərcləri 7 faiz üstələyəcək. Nəticədə müdafiə xərcləri 2024-cü ildə ÜDM-in 5,3 faizini təşkil edəcək”, - Hovhannisyan vurğulayıb.

 

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edib. Bir müddət əvvəl səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov evində ötən axşam vəfat edib.

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. Saakaşvili sosial şəbəkədə yazıb: “Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Amma Kreml rəhbərliyində erməni konyakını sevənlər bununla bağlı özlərinə məhdudiyyət tətbiq etməyəcəklər və adi rusların fikirləri onların vecinə də olmayacaq. Amma bu qadağa Paşinyan üçün bütün qırmızı işıqları yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo isə onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır. Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol, qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya İqtisadi İttifaqından arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç. Amma ən əsası ayağınızı Rusiyadan uzaq tutun, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın. Əminəm ki, hələ də gec deyil. Və tərəddüd etməyi dayandırın. Gecikmə ölüm kimidir!”.

 

Ermənistantanda əsirlikdə olan və həbs edilmiş Azərbaycan əsgəri Hüseyn Axundovun cəzası artırılıb. Apellyasiya Cinayət Məhkəməsində hakim Qriqor Hovhannisyanın sədrliyi ilə keçirilən prosesdə birinci instansiyanın hökmü ləğv edilib. Nəticədə Hüseyn Axundov barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Xatırladaq ki, azərbaycanlı hərbi əsir 2023-cü ilin iyun aynında keçirlən qondarma məhkəmədə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə ittiham olunur. Apellyasiya Cinayət Məhkəməsi gözətçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edərək H.Axundovun cəzasını ağırlaşdırıb.

 

Dünən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə Cənubi Qafqaza, Azərbaycan və Ermənistana geniş yer ayırıb. Zaxarova Ermənistanın dərdini çəkir: Qorxuram ki, Qərb onları aldadar... Zaxarova Gürcüstanla RF Şimali Osetiya arasındakı “Yuxarı Lars” keçid məntəqəsində Ermənistan mənşəli yük maşınları ilə bağlı problemə münasibət bildirib. "Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik". Erməni xalqının xəbəri yoxdur ki, Praqa və Brüsseldə... - Zaxarova.

 

Amerikalı müğənni Teylor Svift nüfuzlu “Time” jurnalı tərəfindən "2023-cü ilin adamı" reytinqində qalib elan edilib.

 

Ermənistan parlamentində baş nazir Nikol Paşinyan və müxalif "Hayastan" fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan arasında mübahisə yaşanıb.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar:

 

Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏR

İran Avrasiya İttifaqına qoşulur... - Moskva-Tehran sövdələşməsi NƏYƏ HESABLANIB?

Siqaret və spirtli içkilər BAHALAŞACAQ - SƏBƏB

Partiya, inqilab və dövlət naminə daha çox uşaq doğun - Kim Çen İn AĞLADI (VİDEO)

Quru sərhədləri yanvarda açılacaq? - Təhlükəsizliklə bağlı problemlər hələ də...

Qızılcadan ölən 3 yaşlı Rüfətin atası: Oğlum bağçadan başqa heç yerə getmirdi - FOTO

Müğənnilərin bayram gecəsi konserti üçün tələb etdiyi MƏBLƏĞLƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal