Modern.az

Zaxarova Ermənistanın dərdini çəkir: Qorxuram ki, Qərb onları aldadar...

Zaxarova Ermənistanın dərdini çəkir: Qorxuram ki, Qərb onları aldadar...

Dünya

6 Dekabr 2023, 14:46

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistana verilən Fransa zirehli texnikasını “qeyri-likvid” adlandırıb.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.

 

"Qorxuram ki, Ermənistan xalqı Qərbdəki “dostları” tərəfindən aldadıla bilər və Qərb növbəti dəfə saxtakarlıq edə bilər", - Rusiya XİN-in sözçüsü belə deyib.

 

O hesab edir ki, "müxtəlif ölkələrdə istehsal olunan hərbi texnika heç vaxt müdafiə qabiliyyətinin artırılmasına kömək etmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi