Modern.az

Zaxarova Ermənistanla Rusiyanın Yuxarı Lars problemindən DANIŞDI

Zaxarova Ermənistanla Rusiyanın Yuxarı Lars problemindən DANIŞDI

Dünya

6 Dekabr 2023, 14:58

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Gürcüstanla RF Şimali Osetiya arasındakı “Yuxarı Lars” keçid məntəqəsində Ermənistan mənşəli yük maşınları ilə bağlı problemə münasibət bildirib.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.

 

"Bu yaxınlarda məsələ Ermənistan və Rusiyanın müvafiq qurumları və Avrasiya İqtisadi Komissiyası vasitəsilə müzakirə olunub", - deyə o qeyd edib.

 

Zaxarova bildirib ki, görüşlər məzmunlu xarakter daşıyır.

 

"Problemlər yarandıqda istifadə edilə bilən və istifadə edilməli mexanizmlər var", - deyə sözçü fikrini yekunlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi