Modern.az

Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik - Rusiya XİN

Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik - Rusiya XİN

Dünya

6 Dekabr 2023, 15:04

"Rusiya Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üçün lazım olan kartoqrafik materialları verməyə hazırdır".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

 

"Moskva İrəvan və Bakı nümayəndələrinin sərhəddə son görüşünü alqışlayır. Rusiya Federasiyası delimitasiya prosesinə hər cür kömək göstərməyə hazırdır, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşündə təsdiqləyib", - o əlavə edib.

 

"Üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların əldə olunmasında sonrakı ləngimələr Ermənistan da daxil olmaqla, region ölkələrinin maraqlarına zidd olacaq", - Zaxarova bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi