Modern.az

Ermənistanın gələn ilki hərbi xərcləri AÇIQLANDI

Ermənistanın gələn ilki hərbi xərcləri AÇIQLANDI

Dünya

6 Dekabr 2023, 12:08

Ermənistanın 2024-cü il üzrə dövlət büdcəsi layihəsinə əsasən, Müdafiə Nazirliyinin xərcləri üçün 554 milyard dram nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Vahe Hovhannisyan Ermənistan parlamentində

2024-cü il dövlət büdcəsinin müzakirəsindəki çıxışında deyib.

“Bəli, 2024-cü ildə Müdafiə Nazirliyinin xərcləri 554 milyard dram təşkil edir. Bu rəqəm 2023-cü ilin dövlət büdcəsi ilə müəyyən edilmiş müdafiə sektoruna yönəldilən xərcləri 7 faiz üstələyəcək. Nəticədə müdafiə xərcləri 2024-cü ildə ÜDM-in 5,3 faizini təşkil edəcək”, - Hovhannisyan vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi