Modern.az

Qəzzada ölən jurnalistlərin sayı 84-ə çatdı

Qəzzada ölən jurnalistlərin sayı 84-ə çatdı

Aktual

10 Dekabr 2023, 09:30

İsrail-Qəzza münaqişəsində daha iki jurnalist ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.

 

İsrail döyüş təyyarələrinin Ed-Derc bölgəsinə hücüumu zamanı qadın jurnalist Ula Atallah ölüb. O, "Anadolu" agentliyinin keçmiş müxbiri olub. Yerli mənbələrdən alınan məlumata görə, Atallahın eyni evdə olan bəzi ailə üzvlərinin də həyatını itirdiyi bildirilib.

 

Fələstin Jurnalistlər Birliyindən verilən açıqlamada İsrailin Xan Yunus şəhərinə endirdiyi hava hücumunda jurnalist Dua əl-Cebburun əri və uşaqları ilə birlikdə həlak olduğu qeyd edilib.

 

Cebburun yerli "Media Eye Network"də işlədiyi deyilir.

 

Qeyd edək ki, Qəzzada 7 oktyabrdan bəri ölən media mənsublarının sayı 9-u qadın olmaqla 84-ə yüksəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!