Modern.az

Boşanan kişiyə rekord məbləğdə aliment kəsildi - VİDEO

Boşanan kişiyə rekord məbləğdə aliment kəsildi - VİDEO

Aktual

16 Mart 2024, 23:54

Azərbaycanda iki uşağa görə boşanmış kişiyə ayda 20 min manat aliment kəsilib. Bu yüksək məbləğdə aliment boşanma ilə bağlı keçirilən məhkəmə prosesində təyin olunub.

 

Modern.az xəbər verir ki, bunu Xəzər TV-yə açılmasında Vəkillər Kollegiyasının üzvü İsrafil Əlili bildirib.

 

Kişi isə bundan narazı qalıb və Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmə bu məbləği aşağı salıb.

 

İ.Əlili bildirib ki, ümumilikdə 12 min manat, yəni hər uşağa görə altı min manat məbləğində aliment təyin olunub.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi