Modern.az

Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödənişin məbləği təsdiqləndi

Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödənişin məbləği təsdiqləndi

Aktual

18 Mart 2024, 18:07

Nazirlər Kabineti “Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqələrdə iştiraka görə ödənişin məbləği”ni təsdiq edib.

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazi vahidləri üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair ödənişin məbləği 500 manat, Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazi vahidləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla digər şəhər (rayon) inzibati ərazi vahidləri üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair ödənişin məbləği 200 manat olacaq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqədə iştirak haqqı tələb edilməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir