Modern.az

Neftçalada “Heydər Əliyevin 100 illiyi ” yubiley medalı sahiblərinə təqdim edildi - FOTO

Neftçalada “Heydər Əliyevin 100 illiyi ” yubiley medalı sahiblərinə təqdim edildi - FOTO

Aktual

19 Mart 2024, 09:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi rayonumuzda da silsilə tədbirlərlə qeyd olundu. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib və cənab Prezidentin müvafiq Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar.

 

Modern.az xəbər verir ki, təltif olunanların siyahısında Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçalada uzun illər rayonun sosial-iqtisadi, ictimai-siyasi işlərində  böyük zəhmətlə çalışan Ruhəngiz Nəcəfova və Bahəddin Leysanov da yer alıblar.

 

Təqdimat mərasimində çıxış edən Neftçala rayon  İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunan şəxsləri təbrik edib.

 

Tədbirdə söz alan Bahəddin Leysanov və Ruhəngiz Nəcəfova çıxışlarında böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs ediblər, Ulu Öndərin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.

 

Sonda tədbir iştirakçıları yüksək təltifə layiq görülən namizədlərə öz səmimi təbriklərini çatdırıb və Mirhəsən Seyidov tərəfindən təltif olunan şəxslərin medalları təqdim olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir